Nisa surəsi, 159-cu ayəsinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 7 may 2013-cü il tarixli söhbətindən Nisa surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Nisa surəsi, 159-cu ayədə:  "And olsun," - deyir, and içir.  "Kitab əhlindən" , yəni xristian və yəhudilərdən  "elə bir kimsə yoxdur ki" , yəni hz. İsa (ə.s)-a  "ona (hz. İsaya)  ölümündən əvvəl iman gətirməsin."  Allah, Kitab əhlinin (xristian və yəhudilərin) toplu olduqları bir dövrdən bəhs edir. Yəni, nə qədər xristian və yəhudi varsa, "hamısı ölmədən əvvəl hz. İsa (ə.s)-a iman edəcək.” Bu necə ola bilər? Dünya hakimiyyəti ilə ola bilər. Hz. İsa Məsih (ə.s)-ın dünyaya gəlməsi ilə olar. Bir qisim insan deyir ki, "ölmədən əvvəl, tam can verərkən iman edəcək." Amma, can verərkən iman etibarlı sayılmaz. Quranda belə bir hökm var? Allah etibarlı olmayan hökmü deyərmi? Etibarlı olması üçün, həyatda ikən, ölümün qırtlağına çatmamışdan əvvəl iman etməsi lazımdır. Ruh qırtlağa çatdıqda iman etməyin heç bir mənası yoxdur. Orada "iman etdim" deməklə olmaz. Etibarlı deyil. Ayənin hökmü açıq-aydındır.