ASAN, SADƏ VƏ LƏZZƏTLİ FINDIQLI TORT.

  • 6 years ago
Fındıqlı tortun resepti:-- 500qr un (250qr-lıq stəkanla3 dolu stəkan+5 xörək qaşığı)
1 yumurta
150qr şəkər tozu (200qr-lıq stəkanla stəkanın başı 1 sm əskik)
100qr qatıq və ya xama 200qr-lıq stəkanla yarım stəkan
50qr şokolad yağı (1 dolu xörək qaşığı)
50qr kərə yağı (1 dolu xörək qaşığı)
1 xörək qaşığı limon suyu
1 xör. qaşığı gülab
1 bağlama şəkərli vanil
1/2 bağlama qabartma tozu
1 çimdik duz
Krem üçün: 1 litr süd
3 xörək qaşığı qarğıdalı nişastası
200qr şəkər tozu (200qramlıq stəkanı çırpa-çırpa doldurursunuz)
150qr kərə yağı
Üzərini bəzəmək və kremə əlavə etmək üçün 250 qr qovrulmuş fındıq.
Xəmiri 4 hissəyə bölürük uzunu 28 enu 29 sm nisbətində yuxalar yayırıq 180 dərəcəli sobada 10 -15 dəqiqə bişiririk. Nuş olsun.

Recommended